| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
29.06.2012
"Aslan" MMC-də alkoqolsuz içkilər və meyvə nektarı, fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilər, qazlı su və meyvə şirələri, fiziki şəxs Gülbala Qasımzadə və fiziki şəxs Yusif Əliyevə məxsus sexdə süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi ünvanında fəaliyyət göstərən "Aslan" MMC-də alkoqolsuz içkilərin və meyvə nektarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat olmadan fəaliyyət göstərir, nəticədə normativ sənədin tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan, sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Laborator sınaqlara əsasən istehsal olunmuş məhsullar mikrobioloji göstəricilərinə görə normativ sənədin tələbinə uyğun olmamışdır.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı "Aslan" MMC-də alkoqolsuz içkilər və meyvə nektarının istehsalı və satışı qadağan edilmişdir.

------------------

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Məhəmmədi kəndində fəaliyyət göstərən fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə şirələrinin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə normativ sənədlərin (AZS 009-94, ГОСТ 16366-78, TŞ AZ 2100565022-01-2011) tələbinə zidd olaraq texnoloji təlimat və istehsal olunan məhsulların resepturaları olmadan fəaliyyət göstərir. Müəssisədə şaftalı və albalı şirələri ГОСТ 16366 (mətli meyvə və giləmeyvə şirələri) standartının tələbləri pozularaq istehsal edilir. Belə ki, istehsal zamanı təbii meyvə şirələrindən yox, mənşəyi məlum olmayan konsentratlardan, boyaq maddələrindən və stablizatorlardan resepturasız, heç bir sənədə əsaslanmadan istifadə edilib.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı fiziki şəxs Rauf Novruzova məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə şirələrinin istehsalı və satışı qadağan edilmişdir.

--------------------

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qayıbov küçəsi 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadəyə məxsus sexdə süd məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat olmadan fəaliyyət göstərir. Seçilmiş nümunələrdən 3,2% yağlılıqda qatığın, ayranın və 9% yağlılıqda yarım yağlı kəsmiyin sınaq laboratoriyasında keçirilən müayinəsi göstərmişdir ki, məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə AZS 092-2003, AZS 091-2003 və AZS 089-2003 standartlarının tələblərinə cavab verməmişdir. Eyni zamanda müəssisədə istehsal olunan məhsulların markalanması zamanı yararlılıq müddəti reseptura üzrə müəyyən olunmuş müddətdən artıq göstərilmişdir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Gülbala Qasımzadəyə məxsus sexdə 32% yağlılıqda qatığın, ayranın, 20% yağlılıqda xamanın, dovğanın, 9% yağlılıqda yarım yağlı və pəhriz kəsmiyinin istehsalı və satışı qadağan edilmişdir.

-----------------------

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Yusif Əliyevə məxsus sexdə süd məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssidə 2 adda turş süd məhsulu - "Kazanski" adlı 15% yağlılıqda xama və yarım yağlı kəsmik reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Yoxlanılmış süd məhsullarının markalanması AZS 121-2004 standartının tələblərinə uyğun aparılmır. İstehsal zamanı sanitar norma və qaydalara əməl edilmir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Yusif Əliyevə məxsus sexdə turş süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir.

Araşdırmalar davam etdirilir.

İstehsalı dayandırılmış müəssisələr və məhsulların FOTOları ilə tanış olmaq üçün linkin üzərinə vurun. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır