| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
15.11.2011
Bakı şəhərində iki müəssisədə kolbasa məmulatlarının istehsalı dayandırılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan dövlət nəzarəti zamanı müəssisədə kolbasa məmulatlarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkar edilib. Müəssisə rəhbəri uyğunluq sertifikatlarının alınması ilə bağlı Komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət etsə də, keçirilən müayinələr nəticəsində məhsulların tərkibində Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilməyən "E122" nişanlı "Karmuazin" sintetik boyaq maddəsi aşkar edildiyindən məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs R.Şərifova kolbasa məmulatlarının istehsalı və satışını qadağan edən tələbnamə verilib.

Bakı şəhəri, Sabunçu rayonu, Hövsan qəsəbəsi, Bağırov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən "Ulduz-T.E.F" MMC-də aparılmış dövlət nəzarəti zamanı isə müəyyən olunub ki, müəssisədə "əla növ bişmiş hisə verilmiş "Servelat", "əla növ bişmiş hisə verilmiş "Krakovskaya" və "yarımhisə verilmiş "Oxotniçi" kolbasaları uyğunluq sertifikatı olmadan istehsal olunaraq satışa verilir. Bundan başqa məhsulların üzərində göstərilmiş saxlama müddətinin süni olaraq şişirdildiyi təyin edilib. Belə ki, "əla növ bişmiş hisə verilmiş "Servelat" kolbasasının saxlama müddəti normativ sənəd ГОСТ 16290-86-ya əsasən 72 saat, "yarımhisə verilmiş "Oxotniçi" kolbasasında isə ГОСТ 16351-86-ya əsasən 15 sutka olduğu halda hər iki məhsulda saxlama müddəti 1 ay göstərilib. Məhsulun istehsalında "NESSE", "LAY", "ARAMADON" nişanlı müxtəlif növ qida qatqıları və rəngləyicilərdən istifadə olunduğu halda məhsulun üzərində bunlar qeyd olunmayıb. Bununla da istehlakçıların məlumat almaq hüququ pozulub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı məhsulların satışının və istehsalının qadağan edilməsi barədə tələbnamələr verilib, inzibati qaydada protokol tərtib edilib.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio