| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
15.11.2011
Bakı şəhərində iki müəssisədə kolbasa məmulatlarının istehsalı dayandırılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan dövlət nəzarəti zamanı müəssisədə kolbasa məmulatlarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkar edilib. Müəssisə rəhbəri uyğunluq sertifikatlarının alınması ilə bağlı Komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət etsə də, keçirilən müayinələr nəticəsində məhsulların tərkibində Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilməyən "E122" nişanlı "Karmuazin" sintetik boyaq maddəsi aşkar edildiyindən məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs R.Şərifova kolbasa məmulatlarının istehsalı və satışını qadağan edən tələbnamə verilib.

Bakı şəhəri, Sabunçu rayonu, Bağırov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən "Ulduz-T.E.F" MMC-də aparılmış dövlət nəzarəti zamanı isə müəyyən olunub ki, müəssisədə "əla növ bişmiş hisə verilmiş "Servelat", "əla növ bişmiş hisə verilmiş "Krakovskaya" və "yarımhisə verilmiş "Oxotniçi" kolbasaları uyğunluq sertifikatı olmadan istehsal olunaraq satışa verilir. Bundan başqa məhsulların üzərində göstərilmiş saxlama müddətinin süni olaraq şişirdildiyi təyin edilib. Belə ki, "əla növ bişmiş hisə verilmiş "Servelat" kolbasasının saxlama müddəti normativ sənəd ГОСТ 16290-86-ya əsasən 72 saat, "yarımhisə verilmiş "Oxotniçi" kolbasasında isə ГОСТ 16351-86-ya əsasən 15 sutka olduğu halda hər iki məhsulda saxlama müddəti 1 ay göstərilib. Məhsulun istehsalında "NESSE", "LAY", "ARAMADON" nişanlı müxtəlif növ qida qatqıları və rəngləyicilərdən istifadə olunduğu halda məhsulun üzərində bunlar qeyd olunmayıb. Bununla da istehlakçıların məlumat almaq hüququ pozulub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı məhsulların satışının və istehsalının qadağan edilməsi barədə tələbnamələr verilib, inzibati qaydada protokol tərtib edilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır