| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
06.10.2011
Türkiyə, Almaniya və Ukraynadan müxtəlif çeşiddə xalça və döşəmə örtükləri idxal edən müəssisə cərimələnib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı ünvanda yerləşən "Firat Dış Ticaret Ltd ŞTİ" müəssisəsində dövlət nəzarəti aparılıb. 

Araşdırma zamanı müəssisə tərəfindən Türkiyə, Almaniya və Ukraynadan ölkəmizə idxal olunan müxtəlif çeşiddə xalça və döşəmə örtüklərinin sertifikatlaşdırılmadığı, həmçinin qanunvericiliyin tələblərini pozaraq idxal olunan məhsulların üzərindəki etiketlərin, adların və onlardan istifadə qaydaları haqqında izahat vərəqələrinin Azərbaycan dilinə tərcümə edimədiyi müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbərliyinə iradnamə və tələbnamə verilib.

Pozuntuların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə verilmiş vaxt bitsə də, təkrar nəzarət tədbirləri zamanı müəssisə rəhbərliyi tərəfindən qanun pozuntusunun qarşısı alınmadığı, iradnamənin tələblərinin yerinə yetirilmədiyi məlum olub. Bununla əlaqədar İdarə tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib, müəssisənin 4500 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır