| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
28.07.2011
"Kazbegi Azərbaycan" MMC-nin idxal etdiyi məhsullarda etiketində göstərilməyən "E" boyaq maddələri aşkar olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən "Kazbegi Azərbaycan" MMC-də dövlət nəzarəti həyata keçirilib.

Nəzarət tədbirləri zamanı müəssisənin Gürcüstan ərazisində istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen butılkalara qablaşdırılan "Kazbegi" nişanlı tərxun, duşes limonadlarının və qaymaq, limon və feyxoa ətirli alkoqolsuz içkilərin ölkəyə idxalı və satışı ilə məşğul olduğu müəyyən olunub. Məlum olub ki, məhsulların tərkibində markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş E-102, E-122, E-131 və E-110 boyaq maddələri mövcuddur. Halbuki "E" markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır.

Həmçinin müəssidə idxal olunan "İce Tea" nişanlı moruq və şaftalı ətirli qazlaşdırılmış içkilərin də uyğunluq sertifikatı olmadan satıldığı müəyyən olunub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı məhsulların satışının qadağan edilməsi ilə bağlı tələbnamə verilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır