| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
28.07.2011
"Yeni" marketdə uyğunluq sertifikatı olmayan məhsulların satışına qadağa qoyulub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhəri, II Alatava küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Habil Mahmudova məxsus "Yeni" marketdə dövlət nəzarəti həyata keçirib. Araşdırma zamanı mağazada satılan "İsmayıllı" pendirindən götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb. Sınaq protokoluna əsasən məhsulun tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Bundan başqa ticarət obyektində Gürcüstan istehsalı olan duşes, Türkiyə istehsalı olan "Yeni Rakı" nişanlı 45%-li alkoqollu içki, "Sera" nişanlı konservləşdirilmiş badımcan, Rusiya istehsalı olan "Vodka Quardo" nişanlı alkoqollu içki, "Kuzya" nişanlı alkoqollu içki, "Akvadiv" nişanlı təbii müalicəvi mineral su, Macarıstan istehsalı olan "Scooby-Doo" nişanlı alkoqolsuz orta qazlı içki və mənşəyi məlum olmayan "Olmeca" nişanlı 38%-li alkoqollu içkinin qanunvericiliyə zidd olaraq uyğunluq sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı məhsulların satışının qadağan edilməsi barədə tələbnamələr verilib.

FOTO1, FOTO2, FOTO3, FOTO4, FOTO5, FOTO6, FOTO7 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır