| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
20.04.2011
"Натахтари" nişanlı alkoqolsuz içkilərin tərkibində tartazin və indiqokarmin boyaq maddələri aşkar edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan "EVE-S" MMC-də dövlət nəzarəti həyata keçiriblər. Müəyyən olunub ki, müəssisə Gürcüstanda istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen qablara qablaşdırılan "Натахтари"nişanlı tərxun, duşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olur.

İdxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyətinin və tərkibinin yoxlanılması məqsədi ilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib. Aparılmış sınaq nəticələrinə əsasən məhsulun tərkibində markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələri aşkar edilib.

Məlumat üçün bildirək ki, "E" markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır.

Aşkar edilmiş ilkin pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutlmuş tədbirlər görülüb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır