| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
31.03.2011
"Can-Pa" MMC-nin idxal etdiyi məhsullardan bir neçəsinin normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları "Can-Pa" MMC-nin idxal etdiyi müxtəlif növ ərzaq məhsullarının keyfiyyəti, təhlükəsizliyi və standartın tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıb.

Məhsullardan nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Keçirilmiş müayinələr nəticəsində təqdim edilmiş nümunələrdən "Sincap" nişanlı çərəz nümunəsi toksiki elementlərdən qurğuşunun miqdarına, "Ece" nişanlı süfrəlik yaşıl zeytun nümunəsi isə mikrobioloji göstəricilərdən maya göbələklərinin aşkar edilməsinə görə normativ sənədlərin tələblərinə cavab verməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsul partiyalarının satışının qadağan edilməsi barədə tələbnamələr verilib, habelə istifadəyə yararsız məhsulların məhv edilməsinə dair qərar qəbul olunub. Bununla bağlı müəssisənin nümayəndəsinin iştirakı ilə dövlət müfəttişləri tərəfindən ümumu həcmi 300 kq olan "Sincap" nişanlı çərəz və 1000 ədəd 200 qramlıq "Ece" nişanlı süfrəlik yaşıl zeytun məhsulu aktlaşdırılaraq məhv edilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır