| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
27.12.2010
Bakıda mənşəyi bilinməyən, normativ sənədi mövcud olmayan "bildirçin yumurtası" qablaşdırılmasının qarşısı alınıb

Bakı şəhərinin ticarət şəbəkələrində keyfiyyətsiz "bildirçin yumurtası" satılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olmuş şikayət məktubunun araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları monitorinq keçiriblər. Araşdırma zamanı müəyyən olunub ki, paytaxtın əksər ticarət şəbəkələrində mənşəyi bilinməyən, normativ sənədi mövcud olmayan, heç bir əsas olmadan qablaşdırma məhsulunun üzərində saxlanma müddəti 45 gün göstərilən "bildirçin yumurtası" satılmaqdadır. İdarə əməkdaşları tərəfindən bu məhsullar satışdan çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olmadan bildirçin yumurtasını qablaşdıran müəssisənin Bakının Mehdiabad qəsəbəsində yerləşdiyi aşkar edilib. Hazırda müəssisədə yoxlamalar davam etdirilir.

Məlumat üçün bildirək ki, bu məhsul üçün mövcud sənəd yalnız İsmayıllı rayonu Gülyan kəndində fəaliyyət göstərən fiziki şəxs İlqar Həsənəlizadəyə məxsusdur. Adıçəkilən müəssisəyə məxsus "Ərzaq üçün bildirçin yumurtası" Texniki şərti 11.01.2010-cu il tarixində Dövlət qeydiyyatına alınıb və müəssisə uyğunluq sertifikatı ilə təmin edilib. Texniki şərtə əsasən bildirçin yumurtasının saxlanma müddəti 0-8 dərəcə tempraturda 25 gün, 8-15 dərəcə tempraturda 10 gün nəzərdə tutulub.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır