| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
16.12.2010
Fizik şəxs M.Məmmədova məxsus müəssisədə, "Azəri çörək" MMC və "Binəqədi çörək" MMC-də istehsal olunan çörəklər standartın tələblərinə uyğun olmayıb

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhərində normativ sənədin tələblərinə uyğun olmayan çörək istehsalının qarşısını alıb.

Belə ki, Komitənin dövlət nəzarəti aparılması barədə sərəncamına əsasən İdarə əməkdaşları Bakı şəhəri, Yasamal rayonunda yerləşən fiziki şəxs M.Məmmədovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Müəyyən olunub ki, müəssisədə sanitar-gigiyenik vəziyyət qeyri-qənaətbəxşdir, xammalların saxlanma rejiminə düzgün riayət olunmur. Müəssisədən seçilib götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqları göstərmişdir ki, məhsul normativ sənədin (ГОСТ 27842-88) tələblərinə cavab vermir. Yoxlanılmış çörək məhsullarında fiziki-kimyəvi göstəricilərdən standartla nəzərdə tutulmuş yumşaq hissənin nəmliyi 43%-dən çox olmağa yol verilmədiyi halda, nümunədəki göstərici 46,9% müəyyən olunub.

Bakı şəhəri, Səbael rayonunda yerləşən "Azəri çörək" MMC-də İdarə əməkdaşlarının keçirdikləri monitorinq zamanı da bir sıra nöqsanlar aşkar olunub. Belə ki, müəssisədə xammal kimi istifadə olunan unun saxlanma rejiminə, texnoloji qaydalara riayət olunmadığı məlum olub. Aparılan sınaqlar zamanı çörək məhsullarının tərkibində nəmlik 47,2% müəyyən olunub ki, bu da normativ sənədin tələblərinin pozulması deməkdir.

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Binəqədi çörək" MMC-də aparılan yoxlama zamanı isə müəyyən olunub ki, istehsal olunan məhsul üçün istifadə olunan xammallardan maya və duzun uyğunluq və gigiyenik sertifikatları mövcud deyil. AzTEST-də aparılan müayinə zamanı hazır məhsulun tərkibində nəmlik göstəricisinin standartın tələbindən çox olduğu aşkar olunub.

Hər üç halda qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülüb.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır