| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
12.11.2010
"Su pərisi" şadlıq sarayında istehlakçılara saxta və keyfiyyətsiz məhsullar təqdim olunur

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət sahələrində standartların tələblərinə, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə riayət olunmasının araşdırılması məqsədilə fiziki şəxs Əliyulla Nağıyevin rəhbərlik etdiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ilə Süleymanov küçəsinin kəsişməsində fəaliyyət göstərən "Su pərisi" şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Monitorinq zamanı müəyyən olunmuşdur ki, şadlıq sarayında istehlakçılara xarici ölkələrin istehsalı olan "Swell", "Jaffa", "Rıçal su", "Moonlight", "Perrier" əmtəə nişanlı meyvə şirələri və mineral suların saxtaları təqdim olunur. Belə ki, rəsmi idxalçılar tərəfindən təqdim olunmuş orijinal məhsullarla şadlıq sarayından götürülmüş nümunələrin müqayisəsi aparılmış, nəticədə onların çox ciddi fərqlərlə saxta əmtəə nişanlı kontrafakt məhsullar olduğu müəyyən olunmuşdur.

Şadlıq sarayından götürülmüş nümunələr sınaqlarının aparılması üçün Komitənin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim olunmuşdur. Sınaqlar zamanı müəyyən olunmuşdur ki, "Swell" saxta əmtəə nişanlı şaftalı və albalı meyvə nektarlarının tərkibində insan orqanizmi üçün təhlükəli sayılan kif və maya göbələkləri mövcuddur. "Rıçal su" saxta əmtəə nişanlı təbii mineral suyun analiz nəticələri göstərmişdir ki, məhsul fiziki göstəricilərindən hidrocarbonat, sulfat ionu, kalsium ionu, xlor ionu və təhlükəzilik göstəricilərindən ümumi bakteriyaların miqdarına və bağırsaq çöpü bakteriyaların sayına görə standartın tələblərinə uyğun deyildir. Təqdim edilmiş "Paytaxt" və "Qarışıq tərəvəz" salatlarının analizi isə göstərmişdir ki, məhsullar təhlükləsizlik göstəricilərindən mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərə, bağırsaq çöpləri qrupundan olan bakteriyalara, s.aureusun aşkar edilməsinə görə standartın tələblərinə cavab verməmişdir.

Müəyyən olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmiş, toplanmış faktlar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

FOTOLAR 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio