| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
18.10.2010
Gəncə şəhərində bəzi çörəkbişirmə sexlərində nöqsanlar aşkar olunmuşdur

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Gəncə şəhərində yerləşən bəzi çörəkbişirmə sexlərində məhsulların istehsalı, qablaşdırılması, saxlanması, daşınması və markalanması zamanı standartın tələblərinə, metroloji norma və qaydalara riayət olunmasına nəzarət məqsədilə araşdırma aparmışlar.

Monitorinq zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, B.Əliyev küçəsi 6 ünvanında fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən Coşqun Quliyevə məxsus sexdə istehsal olunan məhsulların gigiyenik və uyğunluq sertifikatları yoxdur, ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilmədən istifadə olunur, sexin vəziyyəti sanitar norma və qaydalara cavab vermir. Müəssisəyə nöqsanların aradan qaldırılması barədə iradnamə, ölçmə vasitələrinin istismarını qadağan edən tələbnamə, istehsalı və satışı qadağan edən tələbnamə verilmişdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən 1500 manat cərimə sanksiyası tətbiq olunmuşdur.

Gəncə şəhəri, R.Qasımov küçəsi 91 ünvanında yerləşən fiziki şəxs Ariz Quliyevə məxsus və Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən fiziki şəxs Rauf Cəfərova məxsus çörəkbişirmə müəssisələrində isə hazır məhsulun satış məntəqələrinə xüsusi avtomobillərlə deyil, minik avtomobillərinin yük yerlərində antisanitar vəziyyətdə daşınması, bununla da standartın tələbləri pozulduğu üçün müəssisələrə nöqsanların aradan qaldırılması barədə iradnamələr tərtib olunmuşdur.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır