| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Hazardous products
29.07.2010
"İSR-duz istehsalı" MMC-də məhsul istehsalı dayandırılmışdır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolu 12 km ünvanında yerləşən "İSR-duz istehsalı" MMC-də araşdırma aparmışlar. Müəyyən olunmuşdur ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır.
Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır, lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.
Məhsul müəyyən emal prosesi keçdikdən sonra kustar üsülla gözəyarı hazırlanmış kalium-yodat (KJ) məhlulu vasitəsilə yodlaşdırılır. Bu da heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyildir.
Normativ sənədin (AZS 280- 2007) tələblərinə görə emal olunmuş duz çoxqatlı kağız içliyə yığıldıqdan sonra, paketlərə qablaşdırılmalı olduğu halda birbaşa hermetik olmayan kağız paketə qablaşdırılır ki, bu da məhsulun hava ilə təmasda olaraq keyfiyyətinin itirilməsinə (yodun uçmasına) səbəb olur. Məhsulun markalanmasında da bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, markalanmada məhsul üçün normativ sənəd deyil, qüvvədən düşmüş normativ sənəd göstərilmişdir. Nazirlər Kabinetinin 154 saylı Qərarının 5.4 bəndinin tələbinə zidd olaraq məhsulun üzərində reklam xarakterli ("Ekoloji təmiz") məlumat da yerləşdirilmişdir.
Nöqsanlarla əlaqədar olaraq sexdə aşkar olunmuş hər birinin çəkisi 850 qr. olan 6860 ədəd hazır məhsulun satışının qadağan olunması barədə tələbnamə verilmişdir. Müəssisədə məhsul istehsalı dayandırılmışdır.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio