| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
26.07.2010
"Azəri-Şah" MMC-də insan orqanizmi
üçün təhlükəli duz istehsal olunur


Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən "Azəri-Şah" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan araşdırma zamanı Masazır qəsəbəsi ərazisində mövcud olan Duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz sexdə emal olunaraq qablaşdırılır. 
Qeyd edək ki, mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Eyni zamanda kalsium (Ca), maqnezium (Mg), sulfat ionlarının dəmir-oksidin (FeO) və natrium-xloridin (NaCl) kütlə payı vaxtaşırı, 7 gündə bir dəfədən az olmayaraq təyin edilməlidir. Lakin müəssisədə bütün bunların təyin edilməsi üçün labaratoriya mövcud olmamış və sadalananlara əməl olunmadan məhsulun qablaşdırılaraq satışa çıxardılması məlum olmuşdur.
Bundan başqa ticarət şəbəkəsindən götürülmüş "Azəri-Şah" MMC-nin istehsalı olan duz nümunəsinin üzərində saxlama müddəti 1 il qeyd olunmuşdur. Halbuki yodlaşdırılmış duz üçün mövcud olan standart AZS 280-2007 üzrə məhsulun saxlanılma müddəti 9 ay nəzərdə tutulmuşdur. Həmçinin markalanmada qüvvədə olmayan normativ sənədə TŞ Az 00900003-17-2003 istinad olunaraq hazırlandığı qeyd edilmişdir.
Müəssidə araşdırma davam etdirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır