| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Təhlükəli məhsul
19.05.2015

“Şirvan” kiçik istehsalat firmasına məxsus “Millennium” kafesində hazırlanan bir neçə məhsul standartların tələbinə uyğun gəlməyib- FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, R.Zorge adına parkda yerləşən, əhaliyə ictimai-iaşə xidməti göstərən “Millennium” kafedə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəssisədə ərzaq xammalı və hazır məhsulların mal qonşuluğu qaydaları gözlənilmədən eyni soyuducu kamerada saxlanıldığı, hazır məhsulların günlərlə soyuducuda qalaraq hər dəfə sifariş olduqca qızdırılaraq istehlakçıya təqdim edildiyi, qabların yuyulması zamanı normaların pozulduğu, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, lazımi sənədlərlə təmin olunmadığı müəyyən edilmişdir. Belə ki, kulinariya məhsullarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları, texnoloji təlimat və resepturaları, ət məhsullarının baytarlıq nəzarətindən keçməsi barədə sənədləri, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər, məhsulların sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və hazırlanan məhsulların dövri sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib.

Müəssisə tərəfindən hazırlanmış “sezar” salatı və “həvəskar” kotletdən seçilmiş nümunələrin laboratoriyada aparılmış sınaqların nəticələrinə əsasən, məhsullar mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə standartların tələblərinə cavab verməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisə beş min manat cərimə edilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır