| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
30.01.2014

Lənkəran şəhərində kompot istehsalı ilə məşğul olan sexdə standartların tələblərinin pozulduğu aşkar edilmişdir-FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Məmiyev Eminə məxsus kompot istehsalı ilə məşğul olan sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırmalar zamanı müəyyən edilmişdir ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilmişdir. Həmçinin qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim edilməmişdir.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və dəyəri 8610 AZN olan 12300 litr kompotun satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilmiş, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır