| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
28.01.2014

Fiziki şəxs Dördyol Adil Mustafa oğluna məxsus “Halal Bərəkət” nişanlı süd məhsullarının istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilmişdir-FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən,süd məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Dördyol Adil Mustafa oğluna məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırmalar zamanı “Halal Bərəkət” nişanlı süd məhsullarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, xammal və istehsal olunmuş məhsulların temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar edilmişdir. Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində məhsulların markalanmasının da standartların tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, məhsullar üzərində onların saxlanma şəraiti, yararlılıq müddəti, tərkibi haqqında təhrif olunmuş məlumatlar göstərilmişdir. Reseptura üzrə yararlılıq müddəti 10 faiz yağlı xamada 72 saat, 3,2 faiz yağlı qatıqda 14 sutka, dovğada 14 sutka, ayranda 72 saat olduğu halda hər birində əsassız olaraq 20 sutka qeyd edilmişdir. Həmçinin 1,4 faizli ayranın yağlılğı 1,6 faiz göstərilmişdir. Pendir istehsalı zamanı texnoloji prosses bitdikdən sonra istehsalçı müəssisədə 8 dərəcədən yuxarı olmayan temperaturda duz məhlulunun içərisində saxlanılmalı olduğu halda, məhsul dəmir qablarda polietilen klyonkaların içərisinə qoyularaq soyuducularda saxlanılmışdır. Müəssisədə yoxlama zamanı istehsalda istifadə üçün nəzərdə tutulmamış tərkibi saflaşdırılmış, dezodorasiya edilmiş bitki yağlarından ibarət süd yağı əvəzedicisi aşkar edilmişdir. Müəssisənin resepturalarında birki yağından istifadə edilməsi nəzərdə tutulmadığı halda, normativ sənədlərin tələblərinə zidd olaraq məhsulların istehsalında bu yağdan isitifadə edilmişdir.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı normativ sənədlərin tələblərinə cavab verməyən məhsul partiyası aktlaşdırılaraq satışının qadağan olunması barədə tələbnamə verilmiş, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır