| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
24.12.2013

“Fuad” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunmuşdur-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən “Fuad” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə hazırlanan və əhaliyə təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları  və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, müəssisədə çalışan personal gigiyenik norma və qaydalara əməl etmir. Bundan başqa istismar olunan ölçmə vasitələrinin (soyuducular, tərəzilər) müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunduğu, soyuducu kameralarda mal qonşuluğuna nəzarət olunmadığı, o cümlədən nə zaman bişirildiyi məlum olmayan,  dondurularaq dondurucu kamerada saxlanılan qazan yeməklərinin  hissə-hissə qızdırılaraq təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu aşkar edilmişdir. İaşə müəssisəsinin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi və  hazırlanan məhsulların sınaqlarının aparılması barədə hər hansı bir sənəd yoxlamaya təqdim edilməmişdir.

Araşdırma zamanı məhsullardan nümunələr seçilmiş və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST)  sınaq laboratoriyasına təqdim edilmişdir. Araşdırmalar davam etdirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır