| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
19.12.2013

İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.

Araşdırma İsmayıllı şəhər 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında aparılmışdır. Dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, bağçalarda ərzaq və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müvafiq anbarlar mövcud deyil, məhsullar saxlanılması qadağan olunmuş yerlərdə mal qonşuluğu və temperatur rejiminə riayət olunmadan saxlanılır. Bundan başqa bağçalarda 10 günlük və 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur, o cümlədən tibb işçisi xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında qeydlər aparmadan və müayinə üçün nümunələr götürmədən uşaqlara paylanılmasına icazə verir. Həmçinin araşdırmalar zamanı xammaların gigiyenik və uyğunluq sertifikatları olmadığı aşkar edilmişdir.

Bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır