| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
18.12.2013

Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.

Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 4a ünvanında yerləşən 309 nömrəli, Səbail rayonu, Xanlar küçəsi 32 ünvanında yerləşən 157 nömrəli, Binəqədi rayonu, Atatürk prospekti 37 ünvanında yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar nəticəsində bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri pozularaq, müvafiq qaydada təsdiq olunmuş menyunun mövcud olmadığı, yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı aşkar edilmişdir. Bundan başqa müəssilərdə dövlət standartında  nəzərdə tutulan istehsalat sahələri, ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil, verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası məqsədilə nümunələr götürülmür.

Xətai rayonu, M.Hadi 62 ünvanında yerləşən 55 saylı körpələr evi-uşaq bağçasında keçirilən dövlət nəzarəti nəticəsində də AZS 747-2013 dövlət standartının tələblərinə riayət olunmadığı məlum olmuşdur. Belə ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu, markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilmişdir. Bundan başqa müəssisənin tibb işçisinin  verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilmişdir.

Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılmış, müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilmişdir. 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır