| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
16.12.2013

Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 10 nömrəli uşaq bağçasında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır-FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 10 nömrəli uşaq bağçasında qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, bağçada AZS 747 – 2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri icra olunmur. Bağçada qəbul edilən  ərzaq məhsullarının saxlanılması üçün havalandırma sistemi, stellaj və paddonları, soyuducu kamerası olmayan  yararsız vəziyyətdə və təmirə ehtiyacı olan kiçik bir sahədən anbar kimi istifadə olunur. Araşdırma zamanı müəssisə rəhbərinin yoxlamaya təqdim etdiyi qaimə-faktura və gündəlik tərtib olunan menyulardan məlum olmuşdur ki, uşaqlara ümumiyyətlə mal əti və balıq məhsulları verilmir. Anbarda üzərində istehsal tarixi olmayan, markalanması və qablaşdırılması standartın tələbinə cavab verməyən toyuq əti, mənşəyi məlum olmayan kəsmik, pendir, yağ, povidla, yararlılıq müddətinin bitməsinə az müddət qalmış makaron məmulatları, un, düyü və qarabaşaq aşkarlanmışdır. Normativ sənədlərə müvafiq olaraq həmin məhsulların  standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə nümunələr seçilib laboratoriyaya təqdim edilmişdir.

Həmçinin müəyyən edilmişdir ki, bağçanın mətbəxində uşaqlar üçün yemək hazırlanması üçün lazımi şərait mövcud deyildir. Müəssisədə ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil. Qeyd edək ki, AZS 747-2013 (bənd 3.3) dövlət standartının tələblərinə görə körpələr evi-uşaq bağçasına daxil olan qida məhsullarının keyfiyyətinə nəzarət üçün brakeraj keçirilməlidir. Belə ki, brakeraj məqsədilə ayrılmış xüsusi jurnalda qida məhsullarının daxil olma tarixi və vaxtı, son satış müddəti, faktiki satış tarixi və vaxtı, orqanoleptik qiymətləndirmənin nəticələri və.s haqqında qeydlər aparılmalıdır. Bağçada məhsullarla yanaşı, qablar, mətbəxdə istifadə olunan qazanlar və s. bir vannada yuyulur ki, bu da sanitariya normalarının pozulması deməkdir.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar müəssisə rəhbərinə iradnamə verilmiş, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır