| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
14.11.2013

“Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilmişdir -FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında fəaliyyət göstərən “Karona LTD” MMC-yə məxsus balıq emalı müəssisəsində dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, soyuq hisə verilmiş “Seven fish” nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur, soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur, istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur, müəssisədə sanitariya normaları pozulur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur. Həmçinin emal olunan məhsulların etiketdə saxlanma müddəti normativ sənədə uyğun göstərilməmişdir. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.

Aşkar olunmuş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilmiş, “Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır