| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
30.07.2013

Fiziki şəxs Anar Əzizzadəyə məxsus “Nargin” supermarketində və müəssisəyə məxsus istehsal sexində normativ sənədlərin tələblərinin pozulduğu müəyyən edilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu ev 4, məh. 851-852 ünvanında fəaliyyət göstərən fiziki şəxs Anar Əzizzadəyə məxsus “Nargin” supermarketində və müəssisənin istehsal sexində (etibarnamə ilə müəssisəyə rəhbərlik edən şəxs Səttar Əbilovdur) dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, marketdə satılan məhsulların bir neçəsinin, həmçinin istehsal olunan məhsulların uyğunluq sertifikatları yoxdur, müəssisədə istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməmişdir. Şərq şirniyyatları və çörək istehsalı aparılan sexdə sanitariya norma və qaydalarına əməl olunmur, istehsal texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa anbarda yerləşən soyuducu kameralarda məhsulların saxlanma rejiminə əməl olunmur, yumurta məhsulunun qəbulu, saxlanması normaları kobud şəkildə pozulur, nəticədə keyfiyyətini itirmiş məhsulun satışı həyata keçirilir. Araşdırma zamanı bitki mənşəli yağların, duru yağların saxlanması, istifadəsinin standartın tələblərinə uyğun həyata keçirilmədiyi müəyyən olunmuşdur.  Soyuducu kamerada mənşəyi məlum olmayan xeyli sayda süd məhsulları, ədviyyatlar və qida qatqıları aşkar olunmuşdur.

Bu və digər nöqsanlarla əlaqədar olaraq “Nargin” supermarketində uyğunluq sertifikatı olmayan məhsulların satışının dayandırılması ilə bağlı tələbnamə verilmiş, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilmişdir. Həmçinin fiziki şəxs Anar Əzizzadəyə məxsus sexdə çörəyin və “qat-qat” şərq şirniyyatının istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır