| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
29.07.2013

Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Atlant” MMC-yə məxsus  istirahət mərkəzi və “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində standartların tələblərinə, sanitariya norma və qaydalara əməl edilmədiyi müəyyən edilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən “Atlant” MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə ГОСТ 30390-95 və СаН Пин 42-123-5777-91 normativ sənədlərin tələblərinə uyğun deyildir. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur. Bundan başqa ГОСТ 30390-95 standartına əsasən hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək tempraturda saxlanılmaq şərtilə istehlakçıya verilməli olduğu halda, müəssisədə standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir. Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunmuşdur. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilmişdir. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmamışdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində də 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunmuşdur. Həmçinin yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunmuşdur.  Bundan başqa müəyyən olunmuşdur ki, ət məhsulları açıq şəkildə sellofan paketdə, balıq donu açılmış şəkildə soyuducuda saxlanılır. Mətbəxdə həşəratlara və zərərvericilərilər qarşı istifadə olunan dərman vasitələri ərzaq məhsulları ilə yanaşı saxlanılır.

Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələri də məlum olmuşdur. Müəyyən olunmuşdur ki, yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun deyildir. Belə ki, “Atlant” istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilmişdir. “Malibu” istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilmişdir.

Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “kələm” və “paytaxt” salatlarının hazırlanması və satışı, “Atlant” MMC-də çörəyin, “mimoza” və “paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilmişdir. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqularının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır