| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
18.07.2013

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 7 ünvanında fəaliyyət göstərən “Caucasus 1” MMC-yə “1” əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 7 ünvanında fəaliyyət göstərən “Caucasus 1” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, normativ sənəd AZS 216-2006 (b.4.1.1) standartının tələblərinə zidd olaraq müəssisənin müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı, istehsal olunan suların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən sertifikatları, habelə suyun kimyəvi analizləri əsasında təbii mineral suyun minerallaşma dərəcəsi, qrupu, tipi, təyinatı, müalicəvi məqsədlərlə istifadə edilməsinə dair göstərişlər haqqında Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun müvafiq rəyi mövcud deyil. İstehsal olunan suyun mənbəyi Gədəbəy rayonu ərazisində olan Ər Dağı bulağı bildirilsə də, bunu təsdiq edən sənədlər təqdim olunmamışdır. Həmçinin müəssisədə suların müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmamışdır.

Məhsulun markalanmasında bir sıra nöqsanların olduğu da müəyyən olunmuşdur. Belə ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun müvafiq rəyi olmadığından etiketlərin üzərində qeyd olunan minerallaşma dərəcəsi, qrupu, tipi, təyinatı, müalicəvi məqsədlərlə istifadə edilməsi üzrə göstərişlər və normativ sənədlər üzrə tələb olunan digər məlumatlar əsassız göstərilmişdir. Eyni zamanda etiketlərin üzərində  istehsalçı müəssisə “Caucas 1” MMC ilə yanaşı “Metropolitan Holdinq” qeyd olunmuşdur. Habelə etiketdə mövcud standart AZS 216-2006 ilə yanaşı AZS 009-94 də göstərilir ki, bu da “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələblərinə ziddir.

İstehsalda istismar olunan 11 ədəd ölçmə vasitəsi müqayisəli  yoxlamadan keçməmiş halda  istifadə olunur ki, bu da “Ölçmələrin  vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci və 11.4-cü maddələrinə və ГОСТ 8.513-84 standartının tələblərinə ziddir.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.12 maddəsinə əsasən inzibati xəta haqqında  protokol tərtib edilmiş, “Caucasus 1” MMC-yə “1” əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır