| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
15.07.2013

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilmişdir - FOTOLAR

    Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində çovdar və buğda unundan çörəklərin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.

   Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prossesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məshul istehsalı üçün şərait yoxdur. Həmçinin müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə normativ sənəd ГОСТ 2077-84 standartının, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinin tələbləri pozulmuşdur.

   Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd ГОСТ 2077-84 standartının tələblərinə cavab verməmişdir. Belə ki, istehsal olunan çörəyin üzərinə reklam xarakterli “Pəhriz” yazısı qeyd olunmuş, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilmişdir. Müəssisədə istehsal olunan  məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmamışdır. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunmuşdur.

   İstehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə ГОСТ 8.513-84 standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunmuşdur.

   Aşkar olunan nöqsanlarla əlaqədar olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilmiş, müəssisə barədə inzibati qaydada protokol tərtib olunmuşdur.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır