| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təhlükəli məhsul
08.07.2013

Qanunvericiliyin tələblərini pozduğuna görə “Osman Plastik Sənaye və Ticarət” MMC-yə bir neçə adda məhsulun istehsalı və satışı qadağan edilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən “Osman Plastik Sənaye və Ticarət” MMC-də plastik və metal təmir-təsərrüfat məhsullarının istehsalı və idxalına dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə sinklənmiş metal materialdan künclük normativ sənədi olmadan, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi) olmadan, plastik kütlədən tara çertyojlar olmadan, alüminium materialından ЛСА tipli pilləkan, təsərrüfat şotkaları işçi cizgisi olmadan istehsal olunurmuş. Həmçinin müəssisədə istehsal olunan təsərrüfat süpürgələrinin üzərində Türkiyənin ştrix kodu, süpürgənin dəstəyində isə İtaliyanın ştrix kodu göstərilsə də, hər iki etiketdə “Kozmo” əmtəə nişanı, istehsalıçının isə “Rəmzi” firması olduğu qeyd edilmişdir. Müəssisədə istismar olunan ölçmə vasitələrinin vəziyyətinin də qeyri-qənaətbəxş olduğu, 75 ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi müəyyən edilmişdir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilmiş, “Osman Plastik Sənaye və Ticarət” MMC-yə sinklənmiş metal materialdan künclük və taranın istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır