| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
28.06.2013

Mineral” MMC-yə məxsus ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilmədiyi üçün dörd min manat cərimə edilmişdir - FOTOLAR

          Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı yolu 18-ci km ünvanında fəaliyyət göstərən Elxan Fətəliyevə məxsus “Mineral” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

         Portlandsement və beton qarışığı istehsalı ilə məşğul olan müəssisədə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki,  istehsal zamanı istismar olunan 33 ədəd müxtəlif ölçmə vasitəsinin heç biri müqayisəli dövlət yoxlamasından keçirilməmişdir. Bu isə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun (Maddə 11.1) və ГОСТ 8.513-84 dövlətlərarası standartın tələblərinə ziddir.

         Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisənin rəhbərinə ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi üçün istismardan çıxarılması barədə Tələbnamə verilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.12-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və “Mineral” MMC 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Müəssisədə istehsal olunan “ПЦ400 Д20” markalı portlandsementdən  nümunə  götürülmüş və sınaqların aparılması üçün laboratoriyaya təqdim edilmişdir. Araşdırmalar davam etdirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır